
Daimler iki müstəqil şirkətə bölünür
Daimler AG konsernində iri miqyaslı dəyişikliklər gözləyir.
Konsernin rəhbərliyi onu iki müstəqil şirkətə - “sərnişin” Mercedes-Benz Cars & Vans və “yük” Daimler Trucks & Buses şirkətlərinə bölməyə qərar verib.
Daimler AG konsernin Müşahidə Şurası və İdarə Heyəti, korporativ strukturda əsaslı dəyişiklik ediləcəyini açıqlayıb.