Çin avtomobil istehsalçısı “BYD” Formula 1-də iştirak imkanlarını qiymətləndirir

Çin avtomobil istehsalçısı “BYD” Formula 1-də iştirak imkanlarını qiymətləndirir

AVTO
405

Dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan Çinin “BYD” şirkəti “Formula 1” yarışlarında iştirak imkanlarını nəzərdən keçirir.

Fins.az “Bloomberg”ə istinadən xəbər verir ki, F1-də iştirak Çin avtomobil istehsalçılarının qlobal səviyyədə görünürlüğünü artırmaq üçün potensial yol kimi qiymətləndirilir. “BYD” ya yeni yarış komandası yaratmağı, ya da mövcud komandalardan birini satın almağı düşünür.

“Bloomberg” bildirir ki, Çin avtomobil istehsalçıları ümumilikdə motorsport yarışlarına nadir hallarda maraq göstərir. Şirkət üçün əsas çətinlik yüksək xərclərdir — yarış avtomobilinin hazırlanması və mövsüm ərzində iştirak xərcləri 500 milyon dollara qədər çata bilər, həmçinin təşkilatçılarla danışıqlar uzun müddət tələb edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çin avtomobil istehsalçısı “BYD” Formula 1-də iştirak imkanlarını qiymətləndirir — Fins.az — Fins.az