
Chery və Huawei yeni üslubda Luxeed RX krossoverini anons edib
Fins.az - Chery və Huawei yeni dizayna malik Luxeed RX modelini təqdim etməyə hazırlaşdıqlarını açıqlayıblar.
Məlumata görə, yeni kupeformal krossoverin Çin bazarına bu ilin payızında çıxarılması planlaşdırılır.
Modelin elektrikləşdirilmiş güc qurğusu ilə təklif olunacağı artıq təsdiqlənib. İlkin məlumatlara əsasən, alıcılara həm hibrid, həm də tam elektrik versiyaları təqdim edilə bilər.
Luxeed markası Chery və Huawei şirkətlərinin birgə layihəsi hesab olunur və müasir texnologiyalarla təchiz edilmiş premium avtomobillərin istehsalına yönəlib.