
BYD Dolphin G Avropada iki güc variantı ilə təqdim olunub
Fins.az - Çinin BYD şirkəti Avropa bazarı üçün nəzərdə tutulmuş yeni BYD Dolphin G modelinin bütün texniki xüsusiyyətlərini açıqlayıb.
Məlumata görə, benzin-elektrik hibrid sistemi ilə təchiz olunan model Avropada dörd komplektasiya səviyyəsində təqdim ediləcək.
Yeni avtomobil iki fərqli güc variantı ilə satışa çıxarılacaq.
BYD Dolphin G xüsusi olaraq Avropa və digər ixrac bazarları üçün hazırlanıb.
Model BYD-nin kompakt avtomobil ailəsinə qoşulub və elektrik mühərrikli Dolphin və Dolphin Surf modellərini tamamlayır.