BYD 97 min elektrikli avtomobili geri çağırıb

BYD 97 min elektrikli avtomobili geri çağırıb

AVTO
462

Finss.az xəbər verir ki, bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyasının (SAMR) verdiyi açıqlamaya görə, Çin avtomobil istehsalçısının 2022-ci ilin noyabrından 2023-cü ilin dekabrına qədər Çində istehsal etdiyi “Dolphin” və “Yuan Plus” elektrikli avtomobilləri geri çağırılıb.

SAMR-in bəyanatında bildirilir ki, şirkət öz dilerlərindən geri çağırılan avtomobillərdə fiziki düzəliş quraşdırmağı xahiş edəcək.

Çin Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatlarına görə, “Dolphin” və “Yuan Plus” 2023-cü ildə BYD-nin ən çox satılan iki modeli olub, il ərzində ümumilikdə satılan 3 milyon avtomobilin 26%-ni təşkil edib.

Kaira Agayeva 

Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BYD 97 min elektrikli avtomobili geri çağırıb — Fins.az — Fins.az