
BMW M3 CS Handschalter mexaniki sürətlər qutusu ilə təqdim olunub
Fins.az - BMW xüsusi versiya olan BMW M3 CS Handschalter modelini təqdim edib.
Yeni modifikasiya altıpilləli mexaniki sürətlər qutusu və arxa ötürücü sistemi ilə təchiz olunub. Model yalnız Şimali Amerika bazarı üçün nəzərdə tutulub.
Aktual BMW M3 sedanı 2021-ci ildə satışa çıxarılıb, daha sonra ailəyə universal кузовlu Touring versiyası da əlavə olunub.
Şirkət 2023-cü ildə M3 CS sedanını, 2025-ci ildə isə M3 CS Touring modelini təqdim etmişdi. Yeni Handschalter versiyası isə klassik mexaniki idarəetməni sevən sürücülər üçün hazırlanıb.