
BMW i3 Touring: yeni elektrik universal hazırlanır
Fins.az - Alman avtomobil istehsalçısı BMW yeni model – i3 Touring universalını hazırlayır. Bu model yaxın zamanda təqdim olunan i3 sedanının yük-sərnişin versiyası olacaq.
BMW i3 ilk dəfə 2013-cü ildə model sırasına daxil edilib və markanın ilk seriyalı elektromobili kimi hetçbek kuzovunda təqdim olunub. 2022-ci ildə model tamamilə yenilənərək 3-cü seriya əsasında hazırlanmış elektrik sedanına çevrilib və əsasən Çin bazarı üçün nəzərdə tutulub.
Son təqdim olunan yeni i3 sedanı isə artıq qlobal model olacaq və onun bazasında hazırlanacaq i3 Touring universalı markanın elektromobil xəttini daha da genişləndirəcək.