Benzin mühərrikli Alpine A110 istehsaldan çıxarılıb

Benzin mühərrikli Alpine A110 istehsaldan çıxarılıb

AVTO
161

Fins.az - Renault Group-un tərkibinə daxil olan Alpine markası benzin mühərrikli Alpine A110 modelinin istehsalını dayandırıb və onun yeni nəsil varisini təqdim etməyə hazırlaşır.

2017-ci ildən istehsal olunan orta mühərrikli idman kupesinin yerini yeni platforma əsasında hazırlanan model tutacaq. Yeni nəsil Alpine A110-un ilk olaraq tam elektrik versiyası təqdim ediləcək. Şirkət gələcəkdə daxiliyanma mühərrikli variantlar, rodster və 2+2 oturacaq quruluşuna malik uzadılmış kupe versiyalarını da bazara çıxarmağı planlaşdırır. Renault Group 2021-ci ildə Alpine markasını tamamilə elektromobil istehsalına yönəltmək qərarı qəbul etmişdi.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Benzin mühərrikli Alpine A110 istehsaldan çıxarılıb — Fins.az — Fins.az