Azərbaycanda yük avtomobili istehsalı artıb, minik avtomobilləri isə azalıb

Azərbaycanda yük avtomobili istehsalı artıb, minik avtomobilləri isə azalıb

AVTO
350

2026-cı ilin yanvar–mart aylarında Azərbaycanda 1138 ədəd minik avtomobili istehsal olunub.

Fins.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 164 ədəd və ya 12,6% azalma deməkdir. Hesabat dövrünün sonuna, aprelin 1-nə ölkədə hazır minik avtomobillərinin ehtiyatı 407 ədəd təşkil edib.

Bununla yanaşı, yük avtomobillərinin istehsalında kəskin artım qeydə alınıb. Belə ki, yanvar–mart aylarında 191 ədəd yük avtomobili istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 163 ədəd və ya 6,8 dəfə çoxdur. Hazır məhsul ehtiyatı isə 12 ədəd səviyyəsində olub.

Məlumatlara görə, maşın və avadanlıqların, eləcə də avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində ümumilikdə 115,2 milyon manatlıq məhsul istehsal edilib.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,4 dəfə artıb, maşın və avadanlıqların istehsalı isə 49,7% azalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda yük avtomobili istehsalı artıb, minik avtomobilləri isə azalıb — Fins.az — Fins.az