Azərbaycan və Türkiyə nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Türkiyə nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir

AVTO
164

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının (AQTL) Komitə rəhbəri Lamiyə Xəlilova Türkiyə səfəri çərçivəsində Türkiyənin Xidmət İxracatçıları Birliyinin (HİB) Baş Katibi Dr. Fatih Özer ilə görüşüb.

Fins.az xəbər verir ki, görüşdə “Liman idarəetməsi”, “Sərnişin daşımaları xidmətləri” və “Yükdaşıma və logistika xidmətləri” alt komitələri də daxil olmaqla 10-dan çox ixtisaslaşmış alt komitənin fəaliyyət göstərdiyi HİB ilə AGTL arasında əməkdaşlıq perspektivləri və gələcək birgə fəaliyyət imkanları müzakirə olunub.

Məlumat üçün bildirək ki, Türkiyə Ticarət Nazirliyi tərəfindən 18.02.2021-ci il tarixində yaradılmış və Nazirlik yanında fəaliyyət göstərən Xidmət İxracatçıları Birliyi Baş Katibliyi mövcud komitələri ilə birgə xidmət ixracı strategiyasının formalaşdırılması, sahəvi məsələlərin müəyyən edilməsi və bu istiqamətdə həll təkliflərinin hazırlanaraq təqdim olunması kimi fəaliyyətlər həyata keçirir.

Həmçinin, 1–3 iyun tarixlərində Bakıda keçiriləcək Translogistica Caspian sərgisinə dəvət olunan HİB nümayəndələrinin səfəri də müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan və Türkiyə nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir — Fins.az — Fins.az