"AvtoVAZ" 2020-2021-ci illərdə yeni avtomobil satışlarında azalma gözləyir

"AvtoVAZ" 2020-2021-ci illərdə yeni avtomobil satışlarında azalma gözləyir

AVTO
758

Rusiyanın "AvtoVAZ" şirkəti 2020-2021-ci illərdə yeni minik avtomobilləri və yüngül kommersiya avtomobillərinin (LCV) satışlarının 9-11% aralığında azalacağını gözləyir.

Fins.az-ınverdiyi məlumata görə, bu barədə şirkətin xarici əlaqələr üzrə vitse-prezidenti Sergey Qromak bildirib.

"Analitiklərimiz bu il avtomobil bazarının həcmi 2019-cu ilə nisbətən 11% az olacağını təxmin edirlər. Gələn il isə azalmanın 9% olacağı gözlənilir. Bu və gələn il üçün bazarda azalma diapazonu təxminən 9-11% arasında qiymətləndirilir", - deyə şirkətin rəsmisi bildirib.

 

Xatırladaq ki, oktyabrda Rusiyada yeni minik avtomobillərinin satışları 7% artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"AvtoVAZ" 2020-2021-ci illərdə yeni avtomobil satışlarında azalma gözləyir — Fins.az — Fins.az