
2026-cı ilin ilk yarısında təqdim olunan avtomobillər renderlərlə müqayisə edilib
Fins.az - 2026-cı ilin ilk altı ayında təqdim olunan yeni avtomobil modelləri əvvəllər hazırlanmış render görüntüləri ilə müqayisə edilib.
Müqayisə əlifba sırası ilə aparılıb və ilk nümunə kimi üçüncü nəsil Audi Q7 krossoveri seçilib.
Modelin rəsmi təqdimatından bir neçə gün əvvəl dərc olunan renderlər casus fotoları əsasında hazırlanmışdı və avtomobilin xarici görünüşünü demək olar ki, tam dəqiqliklə əks etdirib.
Fərqlər əsasən ön optikanın gündüz hərəkət işıqlarının qrafikasında və arxa bamperdəki kontrast rəngli elementlərin dizaynında müşahidə olunub.