RƏSMİ

22 Oktyabr

Azərbaycanda ekoloji sistemin zərərinə görə cəzalar sərtləşdirilir

Azərbaycanda ekoloji sisteminə ciddi, uzunmüddətli və genişmiqyaslı zərər vuran fəaliyyətlər 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Fins.az xəbər verir ki, bu, Cinayət Məcəlləsinə təklif edilən yeni 104-1-ci maddədə əks olunub və bu gün Milli Məclisdə müzakirə olunub.

Təklif olunan qanun layihəsi səsverməyə çıxarılıb və sonuncu, üçüncü oxunuşda qəbul edilib. Qeyd edək ki, yaxınlarda meşə ağaclarının, kol-kosların və ya digər yaşıllıqların ehtiyatsız alovdan zədələnməsi halında 2500 manata qədər cərimə tətbiq edilib.