RƏSMİ

20 Sentyabr

Prezident Qarabağ Universitetinin açılışında iştirak edib, Türkiyə səfirinin təbriki, İsrail səfirinin və Türkiyə MMN-nin paylaşımı ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.

Fins.az xəbər verir ki, dövlətimizin başçısı Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşüb və çıxış edib.

* * *

Türkiyə səfiri Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "X" sosial media hesabındakı paylaşımında bildirilib.

"Qardaş Azərbaycanın Dövlət Suverenliyi Gününü ürəkdən təbrik edirik", - deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.

* * *

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib.

Fins.az xəbər verir ki, bu barədə səfir "X" sosial media hesabında bildirib.

"Azərbaycanın Dövlət Suverenliyi Günü mübarək", - paylaşımda qeyd edilib.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.

* * *

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Sən bizimsən, bizimsən durduqca bədəndə can,

Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!"

Azərbaycan türk qardaşlarımızın 20 Sentyabr Dövlət Suverenlik Günü mübarək olsun. Biz bundan sonra da “Bir millət, iki dövlət” anlayışı ilə birliyimizi davam etdirəcəyik”, - deyə paylaşımda qeyd edilib.