Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) "Global Air Transport Outlook" hesabatına əsasən, 2040-cı ilə qədər hava nəqliyyatına tələbat 2 dəfə və yaxud ildə orta hesabla 3,4 % artacaq.
Fins.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammiti və Mülki Aviasiya Aeronaviqasiya Xidməti Təşkilatının (CANSO) 28-ci illik ümumi iclasında bildirib.
"Müxtəlif regionlarda münaqişələrin və siyasi qeyri-sabitliyin qəfil artması hava hərəkətinin təhlükəsizliyində və koordinasiyasında da qeyri-sabitlik yaradır. Bundan əlavə, sənayenin 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaq öhdəliyi əlavə bir məsuliyyət yaradır. Bu amillərin yaratdığı əhəmiyyətli təzyiqləri nəzərə alaraq, dünya hava nəqliyyatının 90 %-nə nəzarət edən CANSO üzvləri davamlı, təhlükəsiz qlobal hava səyahətinin gələcəyi üçün təməl olan kollektiv təcrübə, birgə əməkdaşlıq səylərindən istifadə etməlidirlər", - deyə o qeyd edib.
© report