2023-cü ildə aşkar olunmuş nöqsanların ümumi məbləği 1 milyard 971,9 milyon manat təşkil edib.
Fins.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfrasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
Onun sözlərinə görə, ötən il Hesablama Palatasının analitik fəaliyyəti 3 milyard 623,3 milyon manat vəsaiti əhatə edib:
"Ötən il 4 anatilik fəaliyyət həyata keçirilib, bunlardan 3-ü başa çatdırılıb. Aşkar olunmuş nöqsanların ümumi məbləği 1 milyard 971,9 milyon manat təşkil edib. Büdcəyə dəymiş ziyan 103,2 milyon manat müəyyən olunub".
Fuad Mədətov
Fins.az