RƏSMİ

15 Mart

Baş Nazir ötən il nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmini AÇIQLADI

Azərbaycanın ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin artırılması və tranzit potensialının reallaşdırılması üçün kompleks tədbirlər həyata keçirilməkdədir.

Fins.az-n məlumatına görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

O bildirib ki, 2023-cü ildə nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 32,8 mln.ton olmuşdur.

“Dəhlizlər vasitəsilə daşınmış yüklərin 57%-ni tranzit yüklər təşkil etmişdir. Azərbaycan ərazisindən keçən tranzit yükdaşımalar 12,5 faiz artmışdır”, - deyə o əlavə edib.

 

© trend