RƏSMİ

15 Mart

"İcazə" blanklarının (jurnallarının) verilməsinə görə ödənilən haqqın məbləği TƏSDİQLƏNDİ

Nazirlər Kabineti “İcazə” blanklarının (jurnallarının) verilməsinə görə ödənilən haqqın məbləği”ni təsdiq edib.

Fins.az-ın xəbərinə görə, “icazə” blanklarının (jurnallarının) verilməsinə görə ödənilən haqqın məbləği aşağıdakı kimi olacaq:

“İcazə” blanklarının (jurnallarının) verilməsinə görə ödənilən haqqın məbləği

Sıra

 

№-si

“İcazə” blanklarının adı

Xidmət haqqı

(manatla)

1.

İkitərəfli yük daşımaları üçün “İcazə” blankı

40

2.

İkitərəfli və tranzit yük daşımaları üçün “İcazə” blankı

40

3.

Tranzit yük daşımaları üçün “İcazə” blankı

40

4.

Üçüncü ölkəyə/ölkədən yük daşımaları üçün “İcazə” blankı

40

5.

İkitərəfli, tranzit və üçüncü ölkəyə/ölkədən yük daşımaları üçün “İcazə” blankı

40

6.

Beynəlxalq qeyri-müntəzəm sərnişin

daşımaları üçün “İcazə” blankı

40

7.

Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli illik “İcazə” blankı (jurnalları)

500

8.

Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli qısamüddətli (aylıq) “İcazə” blanklı (jurnalı)

150