RƏSMİ

11 Mart

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

Fins.az xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda qeyd edilib ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 iyul saat 06:00-dək uzadılsın.

Qeyd edək ki, bundan əvvəl karantin rejiminin müddəti 2 aprelə qədər uzadılmışdı.