İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşımında Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovla keçirilmiş görüş barədə məlumat verib.
Məlumata əsasən, görüşdə iqtisadi sahədə birgə fəaliyyətin gündəmində olan məsələlər müzakirə edilib.
Müzakirə mövzuları ikitərəfli ticarətin dəstəklənməsi və iş adamları arasında əlaqələrin genişləndirilməsi, nəqliyyat və infrastruktur layihələri çərçivəsində tərəfdaşlığın gücləndirilməsi, həmçinin əməkdaşlıq üçün yeni sahələrin müəyyənləşdirilməsi olub.