RƏSMİ

07 Mart

Radio avadanlığı və xidmətləri üzrə yeni dövlət standartı qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ETSI/EN 301 489-17 V3.2.3:2024 “Radio avadanlığı və xidmətləri üzrə Elektromaqnit Uzlaşması (EMC) standartı; 17-ci hissə: Genişzolaqlı məlumat ötürmə sistemləri üzrə xüsusi şərtlər; Elektromaqnit uzlaşması üçün uyğunlaşdırılmış standart” dövlət standartı qəbul edilib.

İnstitutun məlumatına görə, sözügedən standart genişzolaqlı məlumat ötürmə sistemi avadanlığının texniki xüsusiyyətlərini və ölçmə üsullarını müəyyən edir.

Bu standart “İnformasiya-kommunikasiya texnologiyaları” (AZSTAND/TK 05) standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.