Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələri özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının sırasından çıxarılır.
Fins.azın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, qanunun 6.2.1-ci maddəsindən (özəlləşdirilməsi qadağan olunan əmlak) “, geostasionar orbitlərdəki peyk rabitəsi vasitələri” sözləri çıxarılır.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.