RƏSMİ

05 Mart

Milli Məclisdə sənədsiz evlərlə bağlı məsələ qaldırıldı - Ombudsman

Ötən əsrin ortalarından etibarən Bakı şəhərində, ətraf qəsəbə və kəndlərdə, o cümlədən, keçmiş birgə təsərrüfatlara (sovxozlara) məxsus ərazilərdə müxtəlif şəxslər tərəfindən zəbt edilmiş torpaq sahələrində qanunsuz tikilmiş, habelə bələdiyyələr tərəfindən fərdi tikinti üçün verilmiş torpaq sahələrində inşa olunmuş evlərin dövlət qeydiyyatına alınması problemi də öz həllini tapmalıdır.

Fins.az-ın məlumatına görə, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisdə “Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında” Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsini təqdim edərkən deyib.

O bildirib ki, qeydiyyat probleminin həlli məqsədilə yaşayış yeri olmayan vətəndaşların Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsindən sonra yaranan riskli hallar nəzərə alınaraq, Nazirlər Kabinetinin müvafiq sərəncamına dəyişikliklər edilməsi də olduqca vacibdir.