RƏSMİ

28 Fevral

Azərbaycanda içməli suyun 39 %-i, suvarma suyunun isə 50 %-dən çoxu itkiyə gedib

2023-cü ildə Azərbaycanda içməli suyun 39 %-i, suvarma suyunun isə 50 %-dən çoxu itkiyə gedib.

Fins.az xəbər verir ki, bunu Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda keçirilən dinləmələrdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib.

"Son 4 ildə içməli su itkisini 44 %-dən 39 %-ə endirmişik. Amma 39 % qürur duyacaq bir rəqəm deyil. İçməli su ssitemləri üzrə dünyada ideal rəqəm 10 %-dən az sayılır. Yaxın 10 ildə içməli suda itkini 20 %-ə salmağı, 2050-ci ilə qədər isə 10 %-dən aşağıya endirməyi hədəfləyirik. Qonşu Türkiyədə suvarma sistemlərində itki 65 %, içməli suda 30 %-dir. Əslində bizim 35 milyard kubmetr su balansımız bizə yetərlidir. Biz sadəcə itkiləri azaltsaq, suyun səmərisiz istifadəsini ortadan qaldıra bilsək, suyumuz yetərlidir. Hətta biz suyu ixrac edəcək vəziyyətə gələ bilərik. Amma bu, bir-iki günə həll ediləcək məsələ deyil. Burda şüur, təhsil, maarifləndirmə dəyişilməlidir", - deyə o qeyd edib.