Təchizatçılar tərəfindən satınalmalarda iştirakla əlaqədar dövlət satınalmalarının vahid internet portalından istifadə etmək üçün istifadə haqqı ödəniləcək.
Fins.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, istifadə haqqı portalı istismar etmək, təkmilləşdirmək və saxlamaq, portalın təhlükəsizliyini, digər dövlət qurumlarının informasiya sistemləri ilə inteqrasiyasını, elektron hesablaşmalar sisteminə qoşulmasını, məlumat və verilənlər bazasının qorumasını təmin etmək, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirilmək, maddi-texniki bazasını möhkəmləndirmək və elmi-texniki potensialını artırmaq məqsədilə portal vasitəsilə həmin portalın operatoruna ödənilir.
Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır. Portaldan istifadə üçün ödənilən istifadə haqqının məbləği, istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.