Satınalma mərhələləri açıqlanıb.
Fins.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, satınalma aşağıdakı mərhələlərdən ibarətdir:
- satınalma planının hazırlanması və ehtimal olunan qiymətin müəyyənləşdirilməsi;
- satınalma komissiyasının formalaşdırılması;
- təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru keçirildikdə, uyğunluğa dair sənədlər toplusunun hazırlanması və bununla bağlı elan verilməsi (dəvət göndərilməsi);
- şərtlər toplusunun hazırlanması;
- təkliflərin cəlb edilməsi barədə elan verilməsi (dəvət göndərilməsi);
- təkliflərin qəbulu və açılması;
- təkliflərin qiymətləndirilməsi;
- satınalmanın nəticələri haqqında yekun protokolun hazırlanması və təsdiq olunması məqsədilə nəzarət orqanına təqdim edilməsi;
-. çərçivə sazişi tətbiq edildikdə, çərçivə sazişinin bağlanması;
-. təklifin akseptinə dair bildirişin və imzalanması üçün satınalma müqaviləsinin təchizatçıya təqdim edilməsi;
-. təchizatçı tərəfindən satınalma müqaviləsinin imzalanması, satınalan təşkilata bu Qanuna əsasən tələb olunan icra təminatının və (və ya) avans təminatının təqdim edilməsi;
-. satınalan təşkilat tərəfindən satınalma müqaviləsinin imzalanması və satınalma müqaviləsinin qüvvəyə minməsi;
-. satınalmaya dair hesabatın hazırlanması.
Bu Qanunun tələbləri nəzərə almaqla, satınalan təşkilat satınalmanın təşkilinə köməklik göstərilməsi üçün müstəqil ekspertləri və mütəxəssisləri cəlb edə bilər.