RƏSMİ

22 İyun

Təchizatçıların satınalmalarda iştirakına yol verilməyəcəyi hallar məlum olub

Autentifikasiya ödəniş xidməti təchizatçısına ödəniş xidməti istifadəçisinin kimliyini və ya ödəniş alətinin, o cümlədən ödəniş xidməti istifadəçisinin fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının istifadəsinin etibarlılığını yoxlamağa imkan verən prosedurdur.

Fins.az-ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyənləşdirilmiş hallar istisna olmaqla, ödəniş xidməti təchizatçısı aşağıdakı hallarda gücləndirilmiş müştəri autentifikasiyası tətbiq etməlidir:

- ödəyici ödəniş hesabına məsafədən (internet, telefon və digər kommunikasiya kanalları vasitəsilə) daxil olduqda;

- ödəyici ödəniş əməliyyatını elektron formada apardıqda;

- ödəyici ödəniş hesabına məsafədən giriş yarada bilən kanallar vasitəsilə fırıldaqçılıq və digər sui-istifadə halları ilə bağlı risklərə səbəb ola biləcək istənilən fəaliyyəti həyata keçirdikdə.

Ödəniş əməliyyatlarının elektron formada məsafədən həyata keçirilməsi zamanı ödəniş xidməti təchizatçısı əməliyyatın məbləğinə və vəsait alana dinamik bağlı olan elementlərdən ibarət gücləndirilmiş müştəri autentifikasiyasını tətbiq etməlidir. Ödəniş xidməti təchizatçısı, o cümlədən vasitəçi və hesab üzrə məlumat xidməti göstərən ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçilərinin fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının məxfiliyini və tamlığını qorumalıdır. Ödəniş xidməti təchizatçılarının xidmətlərindən istifadə olunarkən tətbiq edilən gücləndirilmiş müştəri autentifikasiyası ilə bağlı tələblər Mərkəzi Bank tərəfindən müəyyən olunur. Ödəniş hesabına xidmət göstərən ödəniş xidməti təchizatçısı vasitəçiyə və hesab üzrə məlumat xidməti təchizatçısına ödəniş xidməti istifadəçiləri üçün təmin etdiyi autentifikasiya proseduruna əsaslanaraq əməliyyatları həyata keçirməyə imkan yaratmalıdır.