RƏSMİ

22 İyun

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi hazırlanıb

Milli Məclisə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi daxil olub.

Fins.az-ın xəbərinə görə, qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi 9 fəsil, 68 maddən ibarətdir.

Bu Qanun dərc edildiyi gündən 3 (üç) ay sonra qüvvəyə minəcək.

Bu Qanun qüvvəyə minənədək ödəniş xidmətlərini göstərən şəxslər bu Qanun qüvvəyə mindiyi tarixdən etibarən 6 (altı) ay müddətində lisenziya almalı və reyestrə daxil edilməli, habelə öz fəaliyyətlərinin bu Qanunun tələblərinə uyğunlaşdırılmasını təmin etməlidirlər.