RƏSMİ

21 İyun

Prezident Azərbaycanla Bosniya və Herseqovina arasında Sazişi təsdiqləyib

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında" Sazişi təsdiq edib.

Fins.az bildirir ki, belə ki, Prezident bununla bağlı Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb.

Qeyd edək ki, Saziş 2023-cü il aprelin 11-də Bakı şəhərində imzalanıb.