Bu ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektorunda ümumi dövriyyə ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 % olub.
Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, artım bank və sığorta üzrə 36,3 %, tikinti üzrə 22,1 %, ticarət üzrə 17,8 %, sənaye üzrə isə 17,6 % olub.
"Digər mühüm indikator isə elektron qaimə ilə rəsmiləşən dövriyyələrin artımıdır. Son 1 ildə ümumi artım 19,4 %, o cümlədən qeyri-neft sektorunda artım isə 21,2 % təşkil edib", - deyə məlumatda qeyd olunub.
Fuad Mədətov
Fins.az