Vaşinqton regional təhlükəsizlik və iqtisadi əməkdaşlığın təminatı, regional barışığa təşviq etmək üçün Bakı ilə işləməyə hazır olduğunu bildirir.
"Fins.az" xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden bəyan edib.
“Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”, -deyə Baydenin Novruz bayramı münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda deyilir. Məktubun mətni bazar günü dövlət başçısının saytında dərc olunub.
ABŞ prezidenti qeyd edib ki, bu yenilənmə zamanı “əməkdaşlığımızı və sülhə sadiqliyimizi yenidən təsdiqləmək üçün bir imkandır”.
Bu il Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik münasibətlərin 30 ildönümününün qeyd edildiyini vurğulayaraq, Bayden bəyan edib ki, “Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcək