RƏSMİ

20 Noyabr

Polis Akademiyasına rəis təyin olunub – SƏRƏNCAM

Bakı, 20 noyabr Fins.az 

Daxili İşlər Nazirliyinin Polis Akademiyasına yeni rəis təyin edilib.

Fins.az-ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, polis polkovniki Canpolad Daanov Polis Akademiyasına rəis təyin olunub.

Qeyd edək ki, C. Daanov bu təyinatadək Polis Akademiyasının rəis əvəzi olub.