RƏSMİ

20 Noyabr

“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis ediləcək

Bakı, 20 noyabr Fins.az 

Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı  təsis ediləcək. 

Bu, Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilən və birinci oxunuşda müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsində əksini tapıb.