Prezident İlham Əliyev "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Fins.az-ın məlumatına görə, qanunda deyilir:
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 4; 2001, № 3, maddə 141; 2007, № 12, maddə 1212; 2008, № 11, maddə 960; 2014, № 4, maddə 331; 2015, № 4, maddə 352; 2016, № 3, maddə 419; 2018, № 4, maddə 651; 2019, № 1, maddələr 36, 47) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddə üzrə:
1.1. 1.0.1-ci maddədən “baza və əlavə hissələrdən ibarət olmaqla” sözləri çıxarılsın;
1.2. 1.0.2-ci, 1.0.3-cü, 1.0.11-ci və 1.0.12-ci maddələr ləğv edilsin;
1.3. 1.0.5-ci maddədə “vermək” sözü “etmək” sözü ilə əvəz edilsin;
1.4. 1.0.6-cı, 1.0.7-ci, 1.0.8-ci, 1.0.10-cu və 1.0.14-cü maddələr aşağıdakı redaksiyada verilsin:
“1.0.6. sığortalı – bu Qanunda nəzərdə tutulmuş hallarda öz adından və ya sığortaolunan adından sığorta haqqı ödəyən şəxs;
1.0.7. sığortaolunan – sağlamlığı icbari və ya könüllü qaydada sığortalanmış fiziki şəxslər;
1.0.8. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə icbari tibbi sığortaya münasibətdə xidmətlər zərfinə və tariflərə, könüllü tibbi sığortaya münasibətdə isə könüllü tibbi sığorta müqaviləsinə uyğun olaraq bu Qanunla nəzərdə tutulmuş qaydada tibb müəssisəsinə və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxsə ödənilən maliyyə vəsaiti;”;
“1.0.10. sığorta hadisəsi – bu Qanuna əsasən sığorta ödənişinin ödənilməsi üçün əsas olan hadisə və ya yaranan hal (o cümlədən profilaktik tədbirlər);”;
“1.0.14. tibbi ərazi bölməsi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin inzibati ərazi vahidləri üzrə qruplaşdırılması;”;
1.5. 1.0.9-cu maddədə “sığorta ili” sözləri “təqvim ili” sözləri ilə əvəz edilsin;
1.6. 1.0.13-cü maddədə “maliyyələşdirilməsi” sözü “göstərilməsi” sözü ilə, “tibb təchizatçısı və ya tibbi ərazi bölməsi” sözləri “tibb müəssisəsi” sözləri ilə əvəz edilsin;
1.7. aşağıdakı məzmunda 1.0.15-ci və 1.0.16-cı maddələr əlavə edilsin:
“1.0.15. müştərək maliyyələşmə məbləği – sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir;
1.0.16. tibb müəssisəsi – dövlət və ya qeyri-dövlət səhiyyə sisteminə daxil olan və tibb fəaliyyətini həyata keçirən hüquqi şəxs.”.
2. 2.1-ci maddədə “, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanunlarından” sözləri “Azərbaycan Respublikasının Qanunundan” sözləri ilə əvəz edilsin.
3. 2-1-ci maddədə “, tibb təchizatçıları və tibbi ərazi bölmələridir” sözləri “və tibb müəssisələridir” sözləri ilə əvəz edilsin.
4. 4.4-cü, 15-4.1.1-ci, 15-5.2.1-ci, 15-12.3-cü, 15-16.0.5-ci, 15-20.2-ci, 15-20.3-cü, 15-22-ci və 15-25.2-ci maddələr ləğv edilsin.
5. 5.3-cü maddədə “təchizatçılarına” sözü “müəssisələrinə” sözü ilə əvəz edilsin.
6. 6.1.1-ci maddədən “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada” sözləri çıxarılsın.
7. 7.1.2-ci, 7.1.4-cü, 7.1.5-ci, 13.1.1-ci, 13.1.2-ci, 13.2.1-ci, 13.2.3-cü və 15-ci maddələrdə ismin müvafiq hallarında “tibb təchizatçısı və ya tibbi ərazi bölməsi” sözləri ismin müvafiq hallarında “tibb müəssisəsi” sözləri ilə əvəz edilsin.
8. 13.1.3-cü maddədə “tibb təchizatçısının, tibbi ərazi bölməsinin” sözləri “tibb müəssisəsinin” sözləri ilə əvəz edilsin.
9. 15-1.0.4-cü maddədə “sığorta haqlarının sığorta ödənişlərinə” sözləri “sığorta ödənişlərinin sığorta haqlarına” sözləri ilə əvəz edilsin.
10. 15-1.0.5-ci maddədən “sığortalılar tərəfindən” sözləri çıxarılsın.
11. 15-2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 15-2. İcbari tibbi sığorta üzrə sığortalı və sığortaolunanlar
15-2.1. Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir.
15-2.2. Sığortalılar aşağıdakı kateqoriyalara bölünürlər:
15-2.2.1. Azərbaycan Respublikasının Milli Məclisi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslərə münasibətdə onların təyin olunduqları dövlət orqanı (qurumu), seçkili ödənişli vəzifə tutan şəxslərə münasibətdə isə onların seçildiyi dövlət və ya bələdiyyə orqanı (qurumu), Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə (o cümlədən, digər əsaslara muzdlu işə cəlb olunan şəxslər) münasibətdə isə sığortalı qismində işəgötürənlər (işə cəlb edən şəxslər) çıxış edir;
15-2.2.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) sığortalı qismində özləri çıxış edirlər;
15-2.2.3. mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər çıxış edir;
15-2.2.4. bu Qanunun 15-2.2.1-ci, 15-2.2.2-ci, 15-2.2.3-cü maddələrində nəzərdə tutulan şəxslərdən başqa digər sığortaolunanlar sığortalı qismində özləri çıxış edirlər.
15-2.3. Bu Qanun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla), habelə bu Qanunun 15-2.1-ci, 15-2.2.1-ci, 15-2.2.2-ci, 15-2.2.3-cü maddələrində göstərilən şəxslərə aid olunduğu hallar istisna olmaqla, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.”.
12. 15-3-cü maddə üzrə:
12.1. adında “Tibbi ərazi bölmələrinin və tibb təchizatçılarının” sözləri “Tibb müəssisələrinin” sözləri ilə əvəz edilsin;
12.2. 15-3.1-ci maddədə “tibb təchizatçıları və ya tibbi ərazi bölmələri” sözləri “tibb müəssisələri” sözləri ilə əvəz edilsin;
12.3. 15-3.2-ci maddədə “Tibb təchizatçılarının və ya tibbi ərazi bölmələrinin” sözləri “Tibb müəssisələrinin” sözləri ilə əvəz edilsin;
12.4. 15-3.3-cü maddədə “tibb təchizatçısı və ya tibbi ərazi bölməsi arasında tibbi xidmətlərin maliyyələşdirilməsi” sözləri “tibb müəssisəsi arasında tibbi xidmətlərin göstərilməsi” sözləri ilə əvəz edilsin.
13. 15-4-cü maddə üzrə:
13.1. 15-4.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“15-4.1.2. bu Qanunun 15-3.1-ci və 15-28-ci maddələrinin müddəaları nəzərə alınmaqla tibb müəssisəsini, habelə həkimi seçmək və bu Qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək;”;
13.2. 15-4.1.3-cü, 15-4.1.5-ci (hər iki halda), 15-4.2.1-ci və 15-4.2.2-ci maddələrdə ismin müvafiq hallarında “tibb təchizatçısı və ya tibbi ərazi bölməsi” sözləri ismin müvafiq hallarında “tibb müəssisəsi” sözləri ilə əvəz edilsin.
14. 15-6-cı maddə üzrə:
14.1. adında “sığortalıların (sığortaolunanların)” sözləri “sığortaolunanların” sözü ilə əvəz edilsin;
14.2. 15-6.1-ci maddədən “sığortalı və” sözləri çıxarılsın;
14.3. 15-6.2-ci maddədə “15-2.3.1-ci, 15-2.3.2-ci, 15-2.3.4-cü və 15-2.3.5-ci” sözləri “15-2.2.1-ci, 15-2.2.2-ci və 15-2.2.3-cü” sözləri ilə əvəz edilsin və həmin maddədən “və sığortalıların” sözləri çıxarılsın;
14.4. 15-6.3-cü maddədən “Sığortalı və sığortaolunanların” sözləri “Sığortaolunanların” sözü ilə əvəz edilsin.
15. 15-7-ci maddə üzrə:
15.1. adında “tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin” sözləri “tibb müəssisəsinin” sözləri ilə əvəz edilsin;
15.2. 15-7.1-ci və 15-7.2-ci maddələrdə “Tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin” sözləri “Tibb müəssisəsinin” sözləri ilə əvəz edilsin;
15.3. 15-7.2.1-ci və 15-7.2.2-ci maddələrdə “maliyyələşdirilməsi” sözü “göstərilməsi” sözü əvəz edilsin;
15.4. 15-7.2.7-ci maddədə “maliyyələşdirilməsi” sözü “göstərilməsi” sözü ilə, “tibb təchizatçısı və ya tibbi ərazi bölməsi” sözləri “tibb müəssisəsi” sözləri ilə, “tibb təchizatçısına və ya tibbi ərazi bölmələrinə” sözləri “tibb müəssisəsinə” sözləri ilə əvəz edilsin.
16. 15-8-ci maddə üzrə:
16.1. 15-8.1.4-cü və 15-8.1.5-ci maddələrdə “maliyyələşdirilməsi” sözü “göstərilməsi” sözü ilə əvəz edilsin;
16.2. 15-8.1.4-cü, 15-8.1.5-ci (hər iki halda) və 15-8.2.3-cü maddələrdə ismin müvafiq hallarında “tibb təchizatçısı və ya tibbi ərazi bölməsi” sözləri ismin müvafiq hallarında “tibb müəssisəsi” sözləri ilə əvəz edilsin;
16.3. 15-8.2.6-cı maddəyə (birinci halda) “icbari tibbi” sözlərindən sonra “sığorta üzrə” sözləri əlavə edilsin.
17. 15-9-cu maddə üzrə:
17.1. 15-9.0-cı maddə 15-9.1-ci maddə hesab edilsin;
17.2. 15-9.1.1-ci maddəyə “sığorta haqları” sözlərindən sonra “, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına ödənilən sığorta haqları” sözləri əlavə edilsin;
17.3. 15-9.1.2-ci, 15-9.1.5-ci, 15-9.1.7-ci maddələr ləğv edilsin;
17.4. 15-9.1.4-cü maddədə “investisiyaya yönəldilməsi” sözləri “idarə olunması” sözləri ilə əvəz edilsin;
17.5. 15-9.1.6-cı və 15-9.1.8-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“15-9.1.6. müştərək maliyyələşmə məbləği;”;
“15-9.1.8. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada cəlb edilmiş borc;”;
17.6. 15-9.1.10-cu maddəyə “cərimələrdən” sözündən sonra “, maliyyə sanksiyalarından” sözü əlavə edilsin;
17.7. aşağıdakı məzmunda 15-9.2-ci maddə əlavə edilsin:
“15-9.2. Bu Qanunun 15-2.2.1 – 15-2.2.3-cü maddələrində nəzərdə tutulmuş sığortalı tərəfindən bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyası məbləğinin 50 faizi və sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləğinin 30 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.”.
18. 15-10-cu və 15-11-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“Maddə 15-10. İcbari tibbi sığorta üzrə sığorta haqları
15-10.1. İcbari tibbi sığorta üzrə sığorta haqları aşağıdakı məbləğlərdə və dərəcələrdə müəyyən edilir:
15-10.1.1. bu Qanunun 15-2.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə – dövlət büdcəsinin vəsaiti hesabına tam təqvim ili üçün adambaşına 90 manat;
15-10.1.2. muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz;
15-10.1.3. bu Qanunun 15-2.2.2-ci maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə – minimum aylıq əməkhaqqının 4 faizi;
15-10.1.4. bu Qanunun 15-2.2.3-cü maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə – gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi;
15-10.1.5. bu Qanunun 15-2.2.4-cü maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə – minimum aylıq əməkhaqqının 48 faizi;
15-10.1.6. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə – 0,02 manat;
15-10.1.7. vergi ödəyiciləri tərəfindən araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin 1,5 manatı və energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatı.
15-10.2. Bu Qanunun 15-10.1.1-ci maddəsində müəyyən olunmuş sığorta haqları 2021-ci il yanvarın 1-dən etibarən ildə bir dəfə ölkə üzrə istehlak qiymətləri indeksinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir və indeksləşdirilən sığorta haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında yerləşdirilir.
Maddə 15-11. İcbari tibbi sığorta haqlarının hesablanması, ödənilməsi və hesabatın təqdim olunması
15-11.1. Bu Qanunun 15-9.1.6-cı maddəsində göstərilən maliyyə mənbələri istisna olmaqla, icbari tibbi sığortanın maliyyə mənbələri üzrə daxil olan vəsaitlər icbari tibbi sığorta fondunda cəmləşdirilir.
15-11.2. Bu Qanunun 15-10.1.1-ci maddəsində nəzərdə tutulan sığorta haqqı dövlət büdcəsinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunun 16-4.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, hər ay üçün bərabər hissələrlə növbəti ayın 15-dən gec olmayaraq ödənilir.
15-11.3. Bu Qanunun 15-10.1.2-ci maddəsində nəzərdə tutulan sığorta haqqı sığortalı tərəfindən hər ay üçün hesablanır, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə bəyannamə təqdim edilir, əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.
15-11.4. Bu Qanunun 15-10.1.3-cü maddəsində nəzərdə tutulan sığorta haqqı hər ay üçün hesablanır, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə bəyannamə təqdim edilir və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.
15-11.5. Bu Qanunun 15-10.1.4-cü maddəsində nəzərdə tutulan sığorta haqqı hər ay üçün hesablanır, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə bəyannamə təqdim edilir və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.
15-11.6. Bu Qanunun 15-10.1.5-ci maddəsində nəzərdə tutulan sığorta haqqı tam məbləğdə hər təqvim ili üçün yanvar ayının 15-dək icbari tibbi sığorta fonduna ödənilir.
15-11.7. Azərbaycan Respublikasının ərazisində benzinin, dizel yanacağının və maye qazın istehsalı və idxalı ilə məşğul olan vergi ödəyiciləri sığorta haqqını aylıq olaraq hesablayır, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə bəyannamə təqdim edir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödəyirlər.
15-11.8. Bu Qanunun 15-10.1.7-ci maddəsində nəzərdə tutulan sığorta haqqı vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 191.1-ci maddəsi ilə müəyyən edilən vaxtda ödənilir.
15-11.9. Bu Qanunun 15-10.1.1-ci maddəsində nəzərdə tutulan sığorta haqqının ümumi məbləğinin hesablanması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
15-11.10. Bu Qanunun 15-2.2.4-cü maddəsində nəzərdə tutulan şəxslər tərəfindən sığorta haqqının ödənilməsi müddətləri pozulduqda, bu Qanunun 15-10.1.5-ci maddəsində müəyyən olunmuş sığorta haqqının 10 faiz həcmində əlavə sığorta haqqı ödəyirlər.
15-11.11. Bu Qanunun 15-11.10-cu maddəsində nəzərdə tutulan faizlər sığorta haqqının ödənilmədiyi bütün müddətə hər ay üçün, lakin bir ildən çox olmamaq şərtilə hesablanır. Ödənilməmiş sığorta haqları və əlavə sığorta haqları üzrə yaranmış borclar cari təqvim ili və əvvəlki son bir təqvim ili üçün hesablanır.
15-11.12. Bu Qanunun 15-2.2.4-cü maddəsində nəzərdə tutulan şəxslər tərəfindən sığorta haqqının ödəmək öhdəliyi təqvim ili ərzində yarandıqda, həmin şəxslər üçün sığorta haqqı 12-yə bölünməklə öhdəliyinin yarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayına vurulmaqla hesablanır.”.
19. 15-12.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“15-12.2. İlkin səhiyyə xidməti, habelə təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, sığorta haqları ödənilmədiyi hallarda xidmətlər zərfi çərçivəsində sığortaolunanlara tibbi xidmətlər onların öz vəsaiti hesabına göstərilir.”.
20. 15-13-cü maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 15-13. İcbari tibbi sığorta şəhadətnaməsi
15-13.1. İcbari tibbi sığorta şəhadətnaməsi sığortaolunanın icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərdən istifadə hüququnu təsdiq edən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində yaradılan elektron sənəddir.
15-13.2. İcbari tibbi sığorta şəhadətnaməsinin nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”.
21. 15-14-cü maddədə “icbari tibbi sığorta müqaviləsinin qüvvədə olduğu müddət” sözləri “təqvim ili” sözləri ilə əvəz edilsin.
22. 15-15-ci maddə üzrə:
22.1. 15-15.1-ci maddədə “Xidmətlər zərfinin baza hissəsində nəzərdə tutulmuş ilkin” sözləri “İlkin” sözü ilə, “tibbi ərazi bölməsinə” sözləri “dövlət tibb müəssisəsinə” sözləri ilə əvəz edilsin;
22.2. 15-15.2-ci maddədə “tibbi ərazi bölməsinə” sözləri “dövlət tibb müəssisəsinə” sözləri ilə əvəz edilsin;
22.3. 15-15.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“15-15.3. İlkin səhiyyə xidməti istisna olmaqla, xidmətlər zərfində nəzərdə tutulmuş digər tibbi xidmətlərin göstərilməsi üzrə sığorta ödənişləri xidmətlər zərfinin şərtlərinə və tariflərinə uyğun olaraq tibbi xidmətlərin göstərilməsi haqqında müqavilədə qeyd olunmuş həcmdə ödənilir.”.
23. 15-16.0-cı maddədən “müqaviləsi” sözü çıxarılsın.
24. 15-17-ci maddə üzrə:
24.1. 15-17.2-ci maddə (15-17.2.1-15-17.2.5-ci maddələr istisna olmaqla) aşağıdakı redaksiyada verilsin:
“15-17.2. Xidmətlər zərfi aşağıdakıları ehtiva edir:”;
24.2. 15-17.2.3-cü maddədə “azadolma” sözü “müştərək maliyyələşmə” sözləri ilə əvəz edilsin.
25. 15-18-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 15-18. Müştərək maliyyələşmə məbləği
15-18.1. Müştərək maliyyələşmə məbləği tibbi xidmətləri göstərmiş tibb müəssisəsinə birbaşa ödənilir.
15-18.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibb müəssisəsinə ödənilən sığorta ödənişinin məbləği müştərək maliyyələşmə məbləği həcmində azaldılır.
15-18.3. Müştərək maliyyələşmə məbləği xidmətlər zərfi ilə müəyyən olunur.”.
26. 15-19-cu maddənin adında və mətnində “maliyyələşdirilməsi” sözü “göstərilməsi” sözü ilə əvəz edilsin.
27. 15-21-ci maddə üzrə:
27.1. 15-21.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“15-21.1.2. sığorta ehtiyatlarının yaradılmasına;”;
27.2. 15-21.1.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 15-21.1.4-cü maddə əlavə edilsin:
“15-21.1.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan digər məqsədlərə.”;
27.3. 15-21.2-ci maddə ləğv edilsin;
27.4. 15-21.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“15-21.4. İlin sonuna icbari tibbi sığorta fondunun istifadə olunmamış vəsaitləri sığorta ehtiyatlarına yönəldilir. Bu vəsait xərclərin maliyyələşdirilməsinə yönəldilə bilər.”;
27.5. aşağıdakı məzmunda 15-21.5-ci maddə əlavə edilsin;
“15-21.5. Bu Qanunun 15-21.1.2-ci maddəsində nəzərdə tutulan sığorta ehtiyatlarının yaradılması və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”.
28. 15-23.1-ci maddədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən” sözləri “xidmətlər zərfi ilə” sözləri ilə əvəz edilsin.
29. 15-24.1-ci və 15-24.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“15-24.1. Bu Qanunun 15-2.2.1 – 15-2.2.3-cü maddələrində nəzərdə tutulmuş şəxslərə münasibətdə sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, sığorta haqqı üzrə yaranmış borcların alınması, sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş sığorta haqqının qaytarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən olunmuş qaydada həyata keçirilir.
15-24.2. Bu Qanunun 15-24.1-ci maddəsində qeyd olunan şəxslər istisna olmaqla, digər şəxslərə münasibətdə sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.”.
30. 15-26-cı maddə üzrə:
30.1. 15-26.2-ci maddədə “iqtisadi” sözü “tibbi-iqtisadi” sözləri ilə əvəz edilsin;
30.2. 15-26.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“15-26.3. Tibbi-iqtisadi ekspertiza göstərilmiş tibbi xidmətin müddətlərinin və həcminin, o cümlədən tibb müəssisəsi tərəfindən hesablanmış sığorta ödənişi məbləğinin tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtlərinə, ilkin tibbi sənədlərə və tibb müəssisəsinin hesabat sənədlərinə uyğunluğunu müəyyən edir. Tibbi-iqtisadi ekspertizanın aparılması və nəticələrinin rəsmiləşdirilməsi qaydası, habelə ekspertizanı aparan ekspertlərə dair tələblər, ilkin tibbi sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”.
31. 15-28-ci maddə üzrə:
31.1. 15-28.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“15-28.1. Xidmətlər zərfində sığortaolunanın tibbi xidmətlərdən yararlanmaq üçün bilavasitə müraciət etmək hüququ nəzərdə tutulduğu hallar istisna olmaqla, sığortaolunanların ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadəsinə ilkin səhiyyə xidmətlərini göstərən dövlət tibb müəssisəsinin göndərişinə əsasən yol verilir.”;
31.2. 15-28.2-ci maddədə “zərfinin əlavə hissəsi” sözləri “zərfi” sözü ilə, “tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin” sözləri “tibb müəssisəsinin” sözləri ilə əvəz edilsin;
31.3. 15-28.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“15-28.3. İlkin səhiyyə xidmətinə müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir.”;
31.4. aşağıdakı məzmunda 15-28.4-cü maddə əlavə edilsin:
“15-28.4. Sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.”.
32. 15-29-cu maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 15-29. Gözləmə müddəti
Xidmətlər zərfində nəzərdə tutulduğu təqdirdə, xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin göstərilməsinə gözləmə müddəti tətbiq edilir. Gözləmə müddətinin tətbiq edildiyi tibbi xidmətlər və gözləmə müddətinin hesablanması qaydası xidmətlər zərfi ilə müəyyən edilir.”.
33. 16-cı maddə üzrə:
33.1. 16.1-ci maddədə “müqaviləsinin bağlanılmasından imtina edilməsi, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsi və ya aşağı salınması,” sözləri “üzrə sığorta haqlarının gizlədilməsi və ya” sözləri ilə əvəz edilsin;
33.2. 16.2-ci maddədə “təchizatçısı” sözü “müəssisəsi” sözü ilə əvəz edilsin;
33.3. 16.3-cü maddədə “təchizatçıları” sözü “müəssisələri” sözü ilə əvəz edilsin.
34. 16-1.1-ci və 16-1.2-ci maddələrdə “tibb təchizatçıları və tibbi ərazi bölmələri” sözləri “tibb müəssisələri” sözləri ilə əvəz edilsin.
35. aşağıdakı məzmunda 16-4-cü maddə əlavə edilsin:
“Maddə 16-4. Keçid müddəaları
16-4.1. İcbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunur.
16-4.2. Bu Qanunun 16-4.1-ci maddəsinə əsasən müəyyən edilmiş mərhələlərə uyğun olaraq, bu Qanunun 15-10.1.1-ci maddəsində nəzərdə tutulan sığorta haqqının ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
16-4.3. Bu Qanunun 15-10.1.2-ci maddəsində nəzərdə tutulan əməkhaqqının 8000 manatadək hissəsindən ödənilən sığorta haqqının məbləğinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə 2021-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilir. Bu maddənin məqsədləri üçün neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada müəyyən edilir.
16-4.4. Bu Qanunun 15-9.1.6-cı, 15-10.1.2-ci, 15-10.1.3-cü, 15-10.1.4-cü, 15-10.1.6-cı, 15-17.2.3-cü, 15-18-ci maddələri, habelə müştərək maliyyələşmə məbləğinə aid hissələrdə 15-28.3-cü və 15-28.4-cü maddələri 2020-ci il aprelin 1-dən qüvvəyə minir.
16-4.5. Bu Qanunun 15-10.1.5-ci maddəsi 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
16-4.6. Bu Qanun (16-4.4-cü və 16-4.5-ci maddələrdə nəzərdə tutulan maddələr istisna olmaqla) 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.”.