Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2020-ci ilin dövlət büdcəsinin tətbiq edilməsi haqqında Fərman imzalayıb. Fərmanda bildirilir ki, dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış onbirinci sessiyası keçirilib. Həmin sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsi də təsdiq olunub.
Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 113 milyon 200 min manat, xərcləri 482 milyon 90 min manat, gəlir və xərcləri tənzimləmək üçün ayrılan dotasiya 368 milyon 890 min manat məbləğində təsdiq edilib.