Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Fins.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.