Prezident İlham Əliyev “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Fins.az xəbər verir ki, sənədə əsasən, həmin qanunda aşağıdakı məzmunda 5.5-ci maddə əlavə edilib:
ƏMTQ üzrə qiymətləndirici tərəfindən ƏMTQ sənədinə yalan məlumatların daxil edilməsinə yol verilmir.
8.8-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:
ƏMTQ üzrə qiymətləndirici tərəfindən SEQ sənədinə yalan məlumatların daxil edilməsinə yol verilmir.