RƏSMİ

20 Dekabr

Azərbaycan gələn il ümumi dövlət xidmətlərinə 4 milyard manat xərcləyəcək

Azərbaycanın 2020-ci il dövlət büdcəsi xərclərində Ümumi dövlət xidmətlərinə 4 milyard manat vəsait nəzərdə tutulub.

Fins.az-ın məlumatına görə, bu barədə gələn ilin dövlət büdcəsinin göstəricilərinə istinadən xəbər verir. "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" Qanunun tətbiqi ilə bağlı bır sıra məsələlər barədə Azərbaycan Prezidentinin Fərmanında Nazirlər Kabinetinə bu vəsaitin xərc istiqamətləri üzrə bölgüsünü həyata keçirmək tapşırılıb.