RƏSMİ

20 Dekabr

Vilayət Eyvazov daha bir polis bölməsinə rəis təyin edib

Daxili işlər orqanlarında daha bir kadr təyinatı olub.

Fins.az-ın  bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsinin rəisi vəzifəsinə polis polkovnik-leytenantı Tural Məşədiyev təyin edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Report”a fakt təsdiqlənib.

Xatırladaq ki, bundan əvvəl 15 və 42-ci Polis bölmələrinə yeni rəis təyin edilmişdi.