Növbəti ildə 2019-cu illə müqayisədə fiziki şəxslərdən gəlir vergisi (880 milyon manat) 295 milyon manat artırılaraq 1175 milyon manat nəzərdə tutulub.
Fins.az-ın məlumatına görə, bu artım Dövlət Neft Fondundan transfertlər istisna olmaqla, cəmi gəlirlərdə proqnozlaşdırılmış 980,8 milyon manat artım məbləğinin 30,1 faizinə bərabərdir.
Bu vergi növündən daxilolmaların artımı demək olar ki, tam məbləğdə büdcə təşkilatları, dövlətin adından yaradılan publik hüquqi şəxslər və səhmləri dövlətə məxsus olan hüquqi şəxslər hesabına gözlənilir