Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2013-cü il 5 mart tarixli 833 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fins.az xəbər verir ki, sənədə əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə yeni səlahiyyət verilib.
Sənədlə Elektron Təhlükəsizlik Xidməti “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 14.2-ci maddələrinə uyğun olaraq internet informasiya ehtiyatları vasitəsilə yayımlanan kino, televiziya və videofilmlərin (o cümlədən animasiya filmlərinin), kompüter və digər elektron oyunların işarələnmədiyi və yaxud həmin Qanunun tələblərini pozmaqla işarələndiyi barədə məlumat əldə etdikdə, bu informasiya məhsullarının ekspertizasını təşkil etmək səlahiyyətinə sahib olub.