Rövşən Məmmədovun müəllifi və aparıcısı olduğu “Həftə” analitik-informasiya proqramında hər dəfə Qarabağın ayrı - ayrı bölgələrində aparılan yenidənqurma işləri təqdim edilir.
Bu dəfə “Həftə” komandası yolunu Xocalıdan salıb.
Xocalı sakinləri üçün hazırda 280 fərdi ev tikilir. Hər ailəyə 12 sot torpaq ayrılması da nəzərdə tutulub.
Kənd sakinləri üçün Xocalıda 3500- 4000 kv.metr ərazini əhatə edəcək park da salınır.
Hazırda bölgədə istixanalar da qurulub. Bu isə yenidən doğma torpaqlarına dönən sakinlər üçün iş yerlərinin olması deməkdir.
Müasir bir şəhərə çevrilməkdə olan Xocalı tezliklə öz sakinlərinə qucaq açacaq.