QARABAĞ

05 Mart

Zabuxçay üzərində su anbarının tikilməsi ilə bağlı işlərin 65 faizi görülüb

İşğaldan azad edilmiş "Köndələnçay" su anbarında aparılan işlərin 99 faizi yekunlaşıb.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Dilqəm Şərifov deyib.

Onun sözlərinə görə, Həkəri, Bərgüşad çayları üzərində su anbarlarının tikilməsi ilə bağlı texniki işlər yekunlaşmaq üzrədir:

"Zabuxçay üzərində su anbarının tikilməsi ilə bağlı işlərin 65 faizi görülüb və bu ilin sonunda yekunlaşacaq. İkinci ən böyük su anbarı "Sərsəng" su anbarında müəyyən təmir bərpa işləri aparılır".

Fuad Mədətov
Fins.az