QARABAĞ

26 Fevral

Azad edilmiş ərazilərdə qiymətləndirmə işləri aparılır - Muxtar Babayev

İşğaldan azad edilmiş ərazilərdə qiymətləndirmə işləri aparılır, təbiətə vurulan ziyan qiymətləndirilir.

Fins.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bundan sonra bərpa işləri başlanılacaq, o cümlədən, müvafiq qaydada planlar təqdim olunacaq və işlər planlar üzərində həyata keçiriləcək:

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi azad edilmiş ərazilərdə geniş miqyaslı işlər həyata keçirir. Müxtəlif su layihələri, müvafiq hidroloji, radioloji stansiyaların quraşdırılması, meşə-bərpa işləri, giodeziya və xəritəçəkmə işləri və s. istiqamətdə lazımi işlər görülür”.

Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Fuad Mədətov
Fins.az