QARABAĞ

11 Yanvar

Azad edilmiş ərazilərdə beynəlxalq hotel şəbəkələrini görəcəyik - AHA sədri

Bu il Azərbaycanda bir neçə beynəlxalq hotel brendinin fəaliyyətə başlayacağı gözlənilir.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Hotel Assosiasiyasının (AHA) idarə heyətinin sədri Eldar Əlimuradov Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar mövzusunda forumunda deyib.

Onun sözlərinə görə, tezliklə işğaldan azad edilmiş ərazilərdə beynəlxalq hotel şəbəkələrini görəcəyik:

"Doğma Qarabağımızda turizmin inkişafı üzrə tədbirlərin görüldüyünə şadıq. İnanırıq ki, 2024-cü ildən başlayaraq Azərbaycanda qonaqpərvərlik və hotel biznesi sahəsində yeni era başlayacaq".

Fuad Mədətov
Fins.az