QARABAĞ

10 Yanvar

Azad olunan ərazilərdə fəaliyyət göstərən 250-dən çox işəgötürənlə əlaqə qurulub

İşğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən 250-dən çox işəgötürənlə əlaqə qurulub, 70-dək işəgötürənin kadr ehtiyaclarının ödənilməsi istiqamətində dəstək göstərilib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli agentlik tərəfindən 2023-cü ildə əldə olunan nəticələr və 2024-cü il üzrə hədəflər mövzusunda keçirilən mətbuat konfransı zamanı deyib.

Onun spzlərinə gröə, işğaldan azad olunan ərazilərdə məşğulluq mərkəzlərinin fəaliyyətinin bərpasına başlanılıb:

"2023-cü ildə Füzuli şəhərində 16 işəgötürən üzrə 109 vakansiya təqdim edilib. 143 nəfər iştirak edib, 7 nəfər işlə təmin olunub. Laçın şəhərində 16 işəgötürən üzrə 200 vakansiya təqdim edilib. 163 vətəndaş iştirak edib, 12 nəfər işlə təmin olunub".

Fuad Mədətov
Fins.az