Azərbaycanda banklar Qarabağ müharibəsi qazilərinin kredit borclarının silinməsini nəzərdən keçirə bilər.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev "Nailiyyətlər və Çağırışlar" mövzusunda forumunun kuluarlarında deyib.
Onun sözlərinə görə, lokal xarakterli antiterror əməliyyatlarında və Vətən müharibəsində həlak olmuş şəxslərin, eləcə də onların ailələrinin borcları banklar tərəfindən tam silinib:
"Həmçinin, qazilərin kreditlər üzrə faizləri müvəqqəti olaraq dayandırılıb və bəzi hallarda əlavə müraciətlər əsasında onların borcları silinə bilər. Azərbaycan bankları və sığorta sistemləri cari və potensial problemlərin həllində kömək göstərəcək".
Fuad Mədətov
Fins.az