QARABAĞ

09 Yanvar

Azad edilmiş ərazilərdə aparılan tikinti işlərində ekoloji yönümlü tikintilərə önəm veriləcək - ATMİA

Tikinti materialları istehsalçıları 2024-cü ili Azərbaycanda "Yaşıl Dünya Naminə Həmrəylik İli" elan edilməsi ilə bağlı istehsal prosesində "yaşıl" və təmiz texnologiyalara üstünlük verəcəklər.

Fins.az xəbər verir ki, bunu Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) baş katibi Şahanə Sarı deyib.

Onun sözlərinə görə, Assosiasiya üzvləri bu il xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti işlərində ekoloji yönümlü tikintilərə önəm verəcək:

“Həmçinin, ekoloji sağlam tikinti materiallarının istehsalı və bu prosesə bərpa olunan enerjinin inteqrasiyası da daxil olmaqla beynəlxalq təcrübələrdən istifadə etməyi hədəflənir”.

Fuad Mədətov
Fins.az