UN-Habitat (BMT-nin Məskunlaşma Proqramı) Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olan kəndlərdən ikisinin lahiyələndirilməsində iştirak edəcək.
Fins.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
Onun sözlərinə görə, UN-Habitat tərəfindən layihələndiriləcək kəndlərin biri dağlıq, digəri isə düzənlik ərazidə yerləşir:
"UN-Habitat-ın təşəbbüsü ilə insanyönümlü "ağıllı şəhər"lər üzrə beynəlxalq təlimat hazırlanmasına başlanılıb və bunun üçün geniş tərkibli ekspertlər qrupu formalaşıb ki, bu qrupa 2 Azərbaycan eksperti də daxildir".
Fuad Mədətov
Fins.az