“Böyük Qayıdış” Proqramı çərçivəsində 100 yaşayış məntəqinisin tikintisi və yenidənbərpası nəzərdə tutulub.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimunah Mohd Şəriflə keçirilən birgə mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, artıq yarıdan çoxunun ərazi planlaşdırılması başa çatıb və 2024-cü ilin sonu 2025-ci ilin əvvəlinə planlaşdırılma tam başa çatacaq:
"2026-ci ildə biz bu fəaliyyəti tam olaraq bitirəcəyik. Ümumdünya Şəhərsalma Forumun Bakıda keçirilməsi real nəticələrimizi göstərmək üçün fürsət olacaq. Forum iştirakçıları istəyə uyğun görülən işləri müşahidə edə biləcək”.
Qeyd edək ki, Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanma mərasimi keçirilir.
Fuad Mədətov
Fins.az